Məqsəd?

Qrupun Məqsədi:
Bir Azərbaycanlının digər Azərbaycanlıya xaricdə təhsil və iş mövzularında təmənnasız kömək etməsi üçün bir məkan yaratmaqdır
Qrup kimlər üçündür?
  • Xaricdə Təhsil almaq istəyənlər üçün (kurs, bakalavr, magistr, doktorantura)
  • Xaricdə İş tapmaq istəyənlər üçün (təcrübə proqamları da daxil)
Çörək Alma Qaydaları
Qrupun səmərəli istifadə olunması və fəaliyyət göstərməsi üçün bir neçə qaydaya ehtiyyac olduğunu düşünürəm. Bunlar ilkin versiyadır və inşallah işlədikçə yenilər əlavə olunacaq. Hər zaman olduğu kimi, təkliflərə açığıq
  1. Paylaşmaq! Qrupumuzu uğurlu edə biləcək 2 məqam var: faydalı olmaq istəyi və paylaşma həvəsi. Maraqlı bildiyiniz və qrup əhlinə kömək ola biləcək məlumatları qrupda paylaşa bilərsiniz. Amma çalışaq spamlamayaq buranı. Paylaşımlar admin yoxlanışından keçəcək.
  2. Bu qrup sırf könüllü dəstək üzərində qurulub. Bu o deməkdir ki, heç kimin heç kimə borcu yoxdur. Ona görə də göstərilən hər bir kömək təqdir olunmalıdır.
  3. Etika və estetika (mənası açığı bilmirəm) qaydalarına riayət etsək gözəl olar. Qarşınızdaki şəxsin (şəxslərin) şəxsiyyətinə toxunacaq, alçaldacaq, xətrinə dəyəcək və hətta əhvalını korlayacaq ifadə və hərəkətlərdən gəlin çəkinək. Onsuzda ətrafımız neqativ doludur. Şəxsi Xahiş: tanımadığınız şəxsələrə SƏN deyə müraciət etməkdən çəkinək. Gəlin can deyib, can eşidək!
  4. Bilirik ki, xaricə getmək üçün xarici dil biliyi (ələlxüsus ingilis dili biliyi) vacibdir, lakin bu qrup İELTS speaking məkanı deyil, ona görə də öz dilimizdən imkan daxilində istifadə edək, lütfən. Rus dilli dostlarımız isə rusca yaza bilərlər, problemsiz)
  5. Hamıya aiddir: Qrupda olan xanımlardan/bəylərdən hər hansı “tanışlıq” şikayət olduğu təqdirdə xəbərdarlıq olmadan qrupdan kənarlaşdırılacaqsınız. Bura evlilik proqramı deyil. Hələlik elə deyil

p.s Facebook qrupuna üzv olmağı unutmayın