“International Visitor Leadership” Proqramı

0
484

Sara Rəcəbli “International Visitor Leadership” Proqramı haqqında yazıb:❤

“Hər kəsə salamlar 😊
Adım Sara Rəcəblidir. Kiməsə faydalı ola biliriksə, bu bizi ancaq sevindirə bilər. ✨Əziz dostlar, ABŞ Səfirliyinin proqramlarına dəfələrlə müraciət edirdim, lakin daima imtina cavabları almışam. Bu imtina cavablardan daima dərs götürməyi çalışırdım, öz üzərimdə işləyirdim, lakin əvvəlki kimi hər proqrama artıq müraciət etmirdim. İçimdəki o ümid sönmüşdü deyə bilərəm… ✨Lakin bu ilin iyul ayında mənə səfirlikdən zəng gəldi və məni onlar tərəfindən maliyyəşdirilən İnternational Visitor Leadership Proqramına namizəd etmək istəyini bildirdilər. Mövzu dövlət və özəl sektorların tərəfdaşlığına aid idi. Yeganə çətinlik mənim yaşımda idi, çünki adətən bu proqrama minimum 25 yaşında olan öz sahəsində mütəxəssislər səfirliyin işçiləri tərəfindən seçilir, mənim isə yaşım çatmırdı. Anket doldurdum və göndərdim. Bir həftə sonra Vaşinqtondan müsbət cavab gəldi. Bu mənim həyatımın ən xoş məqamlarından biri idi. 7 ildir bu imkanı gözləyirdim! 7 ildir ki ABŞa təhsil məqsədi ilə getməyi arzu edirdim və bu imkan özü məni tapdı! ✨- İnternational Visitor Leadership Proqram nədir?

İnternational Visitor Leadership Proqram (İVLP) öz sahəsində müəyyən uğurlar qazanmış peşəkarların 3 həftəlik mübadilə proqramıdır. ABŞ Dövlət Departameni tərəfindən 1940-cı ildən fəaliyyət göstərir və artıq 320-dən çox məzunu dövlət və özəl sektorlarda ən yüksək vəzifələr tutub. ✨- Bu proqrama necə qoşulmaq olar?
İVLP proqramı heç vaxt açıq elan olunmur. HEÇ KİM ÖZÜ BU PROQRAMA MÜRACİƏT EDƏ BİLMİR, çünki iştirakçılar ABŞ Səfirliyinin əməkdaşları tərəfindən şəxsən namizədlik verilir. İştirakçılar bir başa səfirlik tərəfindən əlaqə saxlanılır. Üzərinizdə çalışın, öz sahənizin eksperti olmağa çalışın və inanın gec tez bu proqram üçün sizinlə əlaqə saxlayacaqlar.

Tədbirlərə qoşulun, networking bacarıqlarınızı inkişaf etdirin. Hər cəmiyyətdə, hər ölkədə əlaqələr həmişə böyük rol oynayıb və oyanayacaq.

✨- Proqramda iştirak ödənişlidir?
Xeyr, bütün xərclər ABŞ höküməti tərəfindən qarşılanır.
✨- İngilis dili bilmək vacibdir mi?
Xeyr, ingilis dilini bilmək şərt deyil. İştirakçılar tərcüməçilərlə olur və problem yaşanmır. Lakin dili bilmək sizə daha çox üstünlük verəcək.
✨- Proqram nədən ibarətdir?
İVLP proqramı çox intensivdir. Demək olar ki, şəhərləri, ştatları gəzməyə vaxt olmayacaq. Mövzudan, iştirakçıların maraqların uyğun olaraq dövlət, özəl və qeyri-kommersiya qurumlarında rəsmi və yaxud daha interaktiv formada görüşlər/müzakirələr keçirilir. Proqrama şəhər turları, görməli yerlərə gəzintilər də daxil olur. Getdiyim proqramda 5 ştatda görüşlərimiz olurdu. Əlavə olaraq, yerli insanlar bizi qonaq edirdi, çox gözəl təcrübə olurdu. Bəzən də iştirakçılar müxtəlif könüllü fəaliyyətlərə də qoşulmaq şansını qazanır.
✨- Proqramın digər tərəfləri
Bu proqramda iştirak edəndən sonra Amerikaya iki il ərzində qayıda bilmirsiniz, çünki sizə J1 vizası verilir. Bu viza ABŞ hökümətinin təhsil/mübadilə proqramlarının iştirakçılarına verilir. Ancaq xüsusi hallarda icazə verilə bilər. Eyni zamanda boş vaxtımız limitli olduğuna görə, çox yeri görmək olmur.
Ümid edirəm, faydalı məlumatlar paylaşa bildim. Suallarınız olduqda verə bilərsiniz, böyük məmnuniyyətlə cavablandıracam, amma çox xahiş edirəm, postu diqqətlə oxuyandan sona sualları verəsiniz 😊 Hər birinizə uğurlar arzu edirəm! Özümüzə inanırıqsa, bizə digərləri də inanacaq. Yüzlərlə imtina cavablardan ruhdan düşməyin, bu normaldır. Bəzən bizə deyirlər ki, hədəfimiz üçün həddindən artıq çox çalışmalıyıq, lakin bəzən imkan özü bizi tapır.
Diqqətinizə görə təşəkkürlər! 

Sara Rəcəbli

Comments

comments