Xaricdə təhsil alan tələbələrimizlə müsahibə-Xaqani Eynullazadə:İngiltərədə təhsil

0
218

1.Özünüzü təqdim edin, zəhmət olmasa (ad, soyad, bakalavr təhsiliniz, magistr təhsiliniz)

Xaqani Eynullazadə

Bakalavr: Tibbi Biologiya fakultəsi, Azərbaycan Tİbb Universiteti
Magistr: Tibbi Genetika, University of Glasgow, Böyük Britaniya

2.Siz xarici universitetə qəbul proseduru haqqında necə məlumat əldə etmişdiniz?

Universitetlərin rəsmi səhifələrinə müraciət edərək. Bütün universitetlərin rəsmi səhifəsində Admission bölməsində universitetə müraciət qaydası, tələb olunan sənədlər, müraciət prosesi bir sözlə bütün prosedur haqqında ətraflı məlumat verilir. Əlavə məlumat üçün də Admission Office e-maille müraciət edib soruşmaq olar. Bu movzuda çox kömək edirlər.

3.Niyə bu ixtisası seçdiniz?

Çünkü bu ixtisas çox maraqlı və həmişə inkişafda olan bir ixtisasdır. Xüsusilədə ölkəmizdə populyar olmamağı və bu sahədə mütəxəssilərə ehtiyac olduğu üçün bu sahədə təhsil almaq qərarına gəldim.

4.Niyə məhz B.Britaniya?

B.Britaniya umumiyyətlə təhsil sahəsində ən güclü ölkələrdən biridir. Xüsusilə Genetika sahəsi bu ölkədə çox inkişaf edib. Bundan əlavə B.Britaniya universitetlərinə müraciət etmək və onlardan qəbul almaq (təqaüdsüz) prosesi digər ölkələr nisbətən daha asandır.

5.B.Britaniyaya yeni gedəndə “culture shock” yaşadınız?

Əlbəttə. İstər istəməz ilk dəfə xaricə çıxanda hamının bu və ya başqa bir şəkildə yaşadığı bi şeydir. Tamamilə fərqli mədəniyyətə, dilə və sosial qaydalara sahib bir ölkəyə köçəndə mədəniyyət şoku yaşayır insan. Bu şoku necə deyərlər “yüngül” keçirmək üçün ordakı azərbaycanlılarla ünsiyyətdə olmaq və ya özün kimi başqa ölkələrdən yeni gəlmiş beynəlxalq tələbələrə ünsiyyət olmaq, qısacası maksimum sosiallaşmaq lazımdır. Xüsusilədə bu ilk dəfə xaricə çıxanlar üçün lazımdır.

6.B.Britaniyanın təhsil sistemi haqqında məlumat verə bilərsiniz?

Mən magistr səviyyəsi üzrə təhsil almışam. Britaniyada magistr təhsili adətən bir illik olur. Bu bir il ərzində siz mühazirələr və seminarlarda iştirak edirsiz. Semestr sonunda isə yazılı imtahanla fənlər üzrə qiymətləndirmə olur. Amma imtahanlardan əlavə, semestr ərzində sizin həm individual həmdə qrup şəklində etməli olduğunuz kiçik proyektlər, tapşırığlar (laborator eksperimentlər əgər Genetika və bu kimi ixtisaslarda təhsil alırsınızsa) olur. Təhsil ilinin sonunda yəni yay fəslində isə öz dissertasiyanızı yazırsız.

7.B.Britaniyada xarici tələbələrə iş imkanları, yaşam şərtləri necədir? Ümumiyyətlə, əcnəbilərə münasibət barəsində nə deyə bilərsiniz?

Britaniya ümumiyyətlə xarici tələblərin təhsil üçün ən çoz getdiyi ölkələr sırasındadır. Buna görə də orada yaşamaq və təhsil almaq prosesi çox gözəl keçir. İnsanları da adətən yardımsevər və mehriban olurlar. Ən azından mənim təcrübəmdə belə idir. Bəzi hallarda beynəlxalq tələbələr diskriminasıya halları ilə qarşılaşa bilərlər, amma bu sadəcə Britaniyada yox demək olar ki bütün dünyada olan haldır. Amma ümumi desək, adətən Britaniyada təhsillə bağlı təəssuratlar çox pozitiv olur.

İş imkanlarına gəldikdə is, bu ölkədə təshildən sonra beynəlxalq biri kimi iş tampağ digər ölkələrlə müaqayisədə (e.g. Canada, Amerika) daha çətindir deyə düşünürəm. Adətən Britaniya və AB vətəndaşlarına üstünlük verirlər. Amma təbii ki qeyri mümkün deyil.

8.Təhsil aldığınız universitetdə imtahan dövrü bizə maraqlıdır. Ölkəmizdəki sistemlə fərqləndirsək mənfi və müsbət tərəfləri barədə danışa bilərsiniz?

Onlarda təhsil sistemi bizimkindən kəskin fərqlənir. Bilavasitə imtahanları müqayisə etsək onlarda adətən bizdəki kimi yalnız semstrin sonunda yox semestr boyu hisse hisse keçirilir. Yəni bütün semestr movzuları semestrin sonunda yox bir neçə həftədən bir Quizler ve ya tapşırığlar vasitəsilə soruşulur. Bu həm imtahani həmdə öyrənmə prosesini asanlaşdırır. İmtahanlarla bağlı İkinçi əsas fərq sual tipləri ilə bağlıdır. Suallar adətən açığ suallar olur (ən azından bizim programda belə idi) hər hansı bir mövzunu konkret şəkildə soruşmur. Yəni movzunu əzbərləməklə belə suallara cavab vermək mümükün deyil. Keçirilmiş material əsasında düşünərək cavab yazmaq tələb edilir. Hətta bəzi imtahanlar ”open book”- yəni kitabdan istifadə sərbəst və ya “Take Home”- yəni suallar verilir və siz onlaraa deadline qədər cavab yazıb göndərməlisiniz.

9.Ümumiyyətlə xaricdə təhsil almaq istəyi, qərarı sizdə necə formalaşdı?

Mən bakalvrda oxuyarkən seçmək istədiyim ixtisas (Genetika) Azərbaycanda inkişaf etməmişdi. Buna görə də bu ixtisasda təhsilimi davam etdirmək üçün xaricə getmək qərarına gəldim.

10. Orda yaşamağın ən çox sevdiyiniz tərəflərindən biri?


Bu suala bir çox şəkildə cavab vermək olar, amma mənim üçün xaricdə təhsilin ən marağlı tərəfi dünyanın müxtəlif ölkələrindən mədəniyyətlərindən insanların əhatəsində olmaq, onlarla ünsiyyət qurmaq dost olmaq, mədəniyyətləri ilə tanış olmaq idi. Həmdə Şotlandiya və İngiltərənin tarixi şəhərlərini gəzmək.

11. Azərbaycanı Böyük Britaniyada necə tanıyırlar ? Sizin azərbaycanlı olaraq ölkəmizin tanıdılmasında hər hansı töhvəniz olubmu?

Bizim ölkəmiz adətən çoxda tanınmır. Çox insanın hətta bu haqqda ilk dəfə eşitdiyini şahidi olurduq. Amma adətən ölkə haqqında danışanda insanlarda maraq oyadır və öyrənməyə həvəsli olurlar. Mən oxudum universitetdə (University of Glasgow) Aərbaycan tələbə cəmiyyəti yox idi və həmən il cəmi 8-9 azərbaycanlı təhsil alırdı. Buna baxmayaraq biz Xocalının il dönümü və ya Milli Müstəqillik günü kimi xüsusi günlərdə universitetdə məlumatlandırıcı braşurlar, kitapçalar paylayır, mərkəzi küçələrdə bayrağımızla yürüyüşlər edirdik.

12.Sonda xaricdə təhsil ilə bağlı gənclərimizə nə məsləhət görərdiniz?

Xaricdə təhsil almağ inanılmaz bir prosesidr. Həyatınızı bütünlüklə dəyişir desəm yeridir. Təkçə professional cəhətdən yox, xaricdə yaşamaq, müxtəlif mədəniyyətlərdən insanlarla ünsiyyətdə olmaq və gəzmək fərdi keyfiyyətləriniz yaxşılaşdıraraq, dünya görüşünüzü artıraraq sizi həmdə sosial cəhətdən inkişaf etdirir. Mütləq xaricdə təshil almağa cəhd etsinlər. Başa düşüləndir ki, müraciət prosesi yorucu və uzun ola bilər, təqaud tapmaq həmişə asan olmaya bilər və ya etdiyiniz müracitələrə “yox” cavabı gələ bilər. Amma gərək bunlar əsla və əsla ruh düşkünlüyü yaratmasın. Fərqində olmağ lazımdır ki, bu sadəcə hamının keçməli olduğu mərhələlərdir və sizin uğur hekayənizin bir parçasıdır. Kifayət qədər cəht edən hamı gec ya tez öz məqsədinə çatır. Əsas odur ki, ruhdan düşməyəsən, alınana qədər təkrar cəhd edəsən. Uğurlar.

Comments

comments