Ödənişsiz xarici proqramlar

0
219

Hamıya salam! Dünyanın hər ölkəsində gənclər üçün tədbir və proqramlar keçirilir. Özüm bir neçə dəfə Erasmus+, Avropa Şurası, Avropa Komissiyası. DAAD, Azərbaycan Respublikası Gənclər Fondu, Azərbaycan və Tatarstanın Gənclər və İdman Nazirliyinin təqaüdlərini qazanaraq həmən proqramlardan yararlanmışam və sizinlə təcrübəmi bölüşmək istədim 🙂 Ödənişsiz xarici proqramları tapmaq üçün aşağıdaki linklərdən istifadə edə bilərsiniz. 
www.edu-active.com – bu saytın Azərbaycanlı bir gəncin tərəfindən yaradılması həqiqətən həmişə məndə qürür hissi doğurur. Dünyada elan olunan bir çox uzun və qısa müddətli proqramları burda tapa bilərsiz. Hara getmişəmsə, hər yerdə bu saytın adını çəkiblər 🙂
www.mladiinfo.eu 
www.youthop.com
www.heysuccess.com – daha əvvəl bu saytdan tez-tez istifadə edirdim, çünki bütün imkanları açıq və pulsuz qoymuşdular. Amma indi aylıq/illik ödəniş istədiklərinə görə elanların ancaq 5-10% görmək olar. Yenədə çörəkdir 🙂
www.munplanet.com – MUNlarla maraqlanan gənclərin sevimli saytı :)müxtəlif ödənişli və bütün xərcləri qarşılanan konfransların elanları paylaşılır. Bir ara özüm tez-tez istifadə edirdim, lakin MUNlardan çəkindim deyənə artıq baxmıram.
www.opportunitydesk.org – hal-hazırda ən çox izlədiyim saytdır. 
www.selfmadetrip.com – imkanlar, elanlar, məsləhətlər, müxtəlif məlumatlar rus dilində paylaşılır. 
www.neupusti.net – MDB ölkələrin vətəndaşlarına açıq müxtəlif könüllük, yay kursları , konfrans kimi imkanlar paylaşılır.
www.salto-youth.net – uzun və qısa müddətli Erasmus+ və digər layihələrinin elanlarını birləşdirən platforma. Bu saytdan Avropa Şurasının layihəsinə qəbul olmuşdum.
https://www.facebook.com/groups/1762832023967493/ – Avropada gənclər üçün keçirilən layihələrin elanları paylaşılır. 
https://youthapplications.coe.int/Application-forms – Avropa Şurasının gənclər üçün layihələrin elanları
https://az.usembassy.gov/education-cu…/educational-programs/ – ABŞ Səfirliyi müxtəlif layihələrə bizim gəncləri göndərir. Özüm 5 dəfə müraciət etmişəm və hamsına imtina cavab gəldiyinə görə, sizə bu mövzuda heç bir tövsiyyə edə bilmirəm… Amma dirəşməyə davam! 
https://www.facebook.com/DAAD.Azerbaycan/ – DAADın üç təqaüdünü udmuşam və iki təqaüdü yay kursları ilə bağlı idi. Facebook səhifələrindən öyrənmişdim. Müraciət prosesi çox asan olur. Almaniyadakı yay kurslarını nəzərdə tutmuram, başqa ölkələrdə də keçirdirlər. Alman dili biliyi mütləqdir və əsasən motivasiya məktubun strukturu, mövzuya uyğun təcrübənizə baxırlar. Şablon motivasiya məktubları almanlar heç sevmir. Şəxsi hekayə həmişə onlar üçün vacibdir. İntervyuda da çox tricky suallar verirlər. Mənə hətta vermişdilər, Energetika üzrə nazir olsaydım, Azərbaycanda nə edərdim ))
https://www.facebook.com/EUDelegationtoAzerbaijan/ – Aİ burdakı Səfirliyi mütamadi olaraq imkanları paylaşır.
https://www.facebook.com/usaid.azerbaijan/ – USAİD xanımlar üçün həm Azərbaycanda, həm xaricdə müxtəlif layihələr icra edir.
https://www.facebook.com/OnlineNetworkAzerbaijaniYouth/ – bu yeni yaradılmış platforma müxtəlif imkanları paylaşır
https://www.facebook.com/UNinAzerbaijan/ – BMT-nin gənclər üçün programları və layihlərini burada izləyirəm
https://www.facebook.com/sdgt.csyo/ – Sağlam Düşüncə Gənclər Təşkilatı bəlkə Azərbaycanda gəncləri beynəlxalq tədbirlərə təmənnasız göndərən tək tük təşkilatlardandır. İki Erasmus layihəsinə bu təşkilatla seçildim. EVS Layihələrinə də müraciət etmələrinə tövsiyyə edirəm. 
EVS layihəsinin xidmət haqqı yoxdur!!! Xidmət haqqı ilə gördüyünüz layihələri ignore edin!

Gənc Elçilər Programı (https://www.facebook.com/nayora.az/) – NAYORA, Gənclər Nazirliyi və Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunan program! Azərbaycanda müxtəlif mövzularda təlimlər keçirdilir, səfirliklərlər, qurum, nazirliklərlə görüşlər təşkil olunur və seçildiyiniz təqdirdə xarici proqrama göndərillər. Özüm bu proqramın məzunuyam, iki dəfə səfərdə olmuşam və bundan əlavə əgər diplomatiya və beynəlxalq münasibətlərdə nəsə bilirəmsə, bu proqramın sayəsində öyrəndim. NAYORAnın EVS layihələri də olur. Mütləq Facebook səhifəsini izləyin

https://www.facebook.com/eventaz.org/ – bu qrupda çox vaxtı pullu imkanlar paylaşılır, lakin az da olsa ödənişsiz da tapmaq olar. Özüm iki dəfə bu qrupda gördüyüm ödənişsiz imkandan yararlanmışam

https://www.facebook.com/bfngo/ – bir çox dost tanışım bu təşkilatın layihələrindən bəhrələniblər. EVS layihəsi ilə təmənnasız olaraq göndərillər.

Əslində programlar, saytlar çoxdur. Sadəcə özümün tanıdığlarını yazdım. Universitetdə oxuyarkən mütləq Beynəlxalq Şöbəyə müraciət edin. Universitetin də öz programlari olur. İlk DAAD təqaüdümü (Almaniyada bir semestrlik təhsil) oxuduğun Azərbaycan Turizm və Menecment Universitetin sayəsində aldım. Daha sonra digər progrmlarla da elə müraciət edərək yararlandım.

Müraciət zamanı vacib məqamlar:

– İndiyənə kimi 300+ programa müraciət etmişəm və hələ də “yox” cavabı almaqda davam edirəm))Bu normaldır. Deməli sadəcə uyğun deyilik, bu bizi güclü və zəif olduğumuzu göstərmir. Deməli nəyinsə üstündə işləmək lazımdır.Ruhdan düşmək yoxdur!

– Motivasiya məktubları əgər ayrıca sənəd kimi göndərisinizsə kreativ, rəngli, key pointləri bold şriftlə, pdf formatında, strutkrlaşdırılmış formada göndərin. Təsəvvür edin ki, təşkilatçısız, və sizə minlərlə ərizə gəlir. Siz özünüz hansını seçərdiz? Həmişə özünüzü təşkilatçının yerinə qoyun. Real faktları və nəticələri göstərin. “Dünyanı dəyişəcəm” klişesi heç kimi təəcübləndirmir, amma gördüyünüz işlər bunu edəcək

– Öz sahənizə uyğun layihələrə daha çox müraciət edin. Düzdür fərqlilik lazımdır, amma yenədə öz sahənizə uyğun imkanlara həm şansınız yüksəlir, həm də vaxt itkisi olmur. Özüm indi sosial sahibkarlığa aid proqramları axtarıram və müraciət edirəm.

– Mənim heç vaxt İELTSim olmayıb. Mənim təcrübəmdə bu mənə lazım olmayıb. Layihədən layihəyə fərqli ola bilər

– Layihəyə müraciət etməmişdən qabaq onun məqsədini öyrənin, çünki motivasiya məktubunda bunada fikir verirlər.

– Research, research, google, google , google and ask.

Əlavə olaraq:

– Seçildiyiniz layihələrdə çalışın dostlar qazanın, çünki seçilən gənclər adətən aktiv olur,onlarla əlaqəni itirməyin. Gələn layihərində sizi tanıyandan sonra dəvət edə bilərlər. Bir neçə dəfə həmən dəvətləri almışam.

– Paxıl olmayin)) Paylaşmağı bacarın! Siz paylaşanda, sizinlə də paylaşacaqlar. Karmaya inanıram və bu işləyir.

– Çalışın məsuliyyətli olun! Emailə cavablarınız, motivasiya məktubunuzun deadline-da yazmağınız, skype intervyularına bir neçə dəqiqə gecikməyiniz kimi xırda məqamlar sizin göndərdiyiniz sənədlərdən çox haqqınızda fikir yaradır.

– Tədbirin mövzusundan aslı olmayaraq, ölkəmizi layiqli şəkildə tanıdaq! Xaricilərin beynində bizim haqqımızda stereotipləri yaxşı mənada sındırmağı bacaraq!

Güman edirəm, sizin üçün faydalı olar və hər kəsə uğurlar arzulayıram! Nə suallarınız olsa, bacardığım qədər cavablandırmağa hazıram 🙂

Sara Rajabli ©

Comments

comments