Təqaüdlər – Xaricdə təhsil

0
1272

Uzun,1 aylıq cansıxıcı,stresli imtahan sessiyasından sonra yenidən gedək deyə düşündüm “Xaricdəki çörəy’in arxasınca.

Hər dəfə sizlərlə bölüşdüyüm mövzular mənim üçün də maraqlı olan və araşdırma elədiyim mövzulardı,hansı ki,onları sizlərlə bölüşməyimdə əsas məqsəd bu mövzular haqqında düşüncələrinizi bilmək və bu məlumatlardan sizi də xəbərdar etməkdən ibarətdir.

Bu dəfə yazacağım mövzu düşünürəm ki,xaricdə təhsil almaq istəyən amma universitetin illik ödənişi ağlına gələndə bu fikirdən vazkeçən bütün çörəkçilər üçün maraqlı ola bilər.Bəli,söhbət “scholarship – təqaüdlər”dən gedir.
-Aktiv təqaüd proqramları ilə bağlı məlumatı hardan əldə edə bilərəm?
-Oxumaq istədiyim ölkədəki təqaüd proqramlarını necə tapa bilərəm?
-Həm təcrübə,həm də təqaüd verən ölkələr haqqında məlumat

Məhz bu yuxarıda verilən mövzularla sizi də maraqlandırırsa o zaman diqqətlə oxumağınızı tövsiyyə edirəm 🙂
1.www.scholars4dev.com

Bu sayt tam olaraq xaricdə təhsil imkanları üçün nəzərdə tutulmuşdur.Adətən,Birləşmiş Krallıq,ABŞ,Avstraliya və Avropa ölkələri üçün təqaüd proqramlarını sizə təqdim edir.Online və ofline tarixlərini,hansı sahələr üzrə təqaüd imkanları təklif etdiyini görə bilərsiniz.Daha ətraflı məlumat almaq istəsəniz aşağıda həmin təqaüdün rəsmi səhifələrinin linki də qoyulur.Keçid ederək maraqlandığınız digər şeyləri rəsmi səhifədən öyrənə bilərsiniz

2.www.scholarship-positions.com

Digər təqaüdlə bağlı saytlardan fərqli olaraq burada 50-dən çox ölkənin təqaüd proqramlarını tapa bilərsiniz.Məsələn,bu ölkələrə A-dan Z-ə sözün əsl mənasında oxumağı ağlınızın ucundan belə keçirmədiyiniz ölkələr də daxildir.Kenya,Madagascar,Rwanda,Sudan,Uganda ve s.

3.www.wemakescholars.com

Bu təqaüd proqramı sizə çox əziyyət vermək istəmədiyi üçün ilk sayta girdiyinizdə qarşınıza 4 seçim punktu qoyur.Hansı ölkədən olduğunuzu,təhsil səviyyəsinin hansı pilləsində olduğunuzu,oxumaq istədiyiniz ölkəni və sahəni seçirsiniz.Bundan sonra artıq sizin seçiminizə uyğun bütün mümkün təqaüdlərlə tanış ola bilərsiniz.

4.www.edu-active.com /

Əgər sizi sadəcə olaraq təqaüdlər yox həmçinin yeni çıxan xaricdə təhsil xəbərləri,iş ilə bağlı imkanlar,vakansiyalar,könüllülük proqramları da maraqlandırırsa o zaman məhz məkanına gəlmisiniz deyə bilərəm 🙂

Az da olsa məlumatlandırmaq istədim sizləri əgər bildiyiniz başqa belə maraqlı,məlumatlandırıcı səhifələr,bloggerlər,bloglar,vloglar varsa bizimlə bölüşə bilərsiniz.Bir daha hamınıza uğurlar 🙂

Comments

comments