“Conversation clubs-2”

0
336

Ümid edirəm ötən paylaşımım sizlər üçün faydalı olub 🙂 Söz verdiyim kimi bu dəfə də az miqdar vəsaitlə yararlana biləcəyiniz danışıq klublarından söhbət açacağam.

Getdik o zaman 🙂

1. British language center-BLCnin verdiyi qərara əsasən speaking dərsləri cüt günlər xarici müəllimlərin iştirakı ilə digər günlər isə yerli müəllimlərin iştirakı ilə keçiriləcək.Dərsin müddəti 90 dəqiqə təşkil edir.Sizləri çox intizarda qoymadan abunəlik haqqının 45 AZN olduğunu da nəzərinizə çatdırım.

2.IELTS and GRE GMAT İnstructor Nijat Guliyev-Səhifələrində paylaşılan ielts scorlarını görəndə gözlərimdən “ürəklər” çıxdı desəm yalan olmaz.Danışıq klublarına gəldikdə isə həftədə 1 dəfə 1-1.5 saat olur(qrupdakı adam sayına görə).İlk öncə dil səviyyəniz müəyyən olunur daha sonra qruplar təyin olunur.Abonə haqqı isə aylıq 20 AZN təşkil edir.

3. T2T speaking proqram-ilk dəfə idi ki,bu proqram haqqında eşidirdim amma çox effektli olduğunu deyə bilərəm təbii ki,bütün tapşırıqlara riayət etsəniz.Proqramın vədd etdiyi üstünlükləri isə aşağıdakılardır;
– Level-inizin pulsuz təyini və uyğun qrupda iştirak,
– Söz bazası və danışığın inkişafı üçün materialların təqdim olunması,
– Dərs prosesində oyunlar, audiovizual vəsaitlərdən istifadə,
– Hər həftə sonu “listening day”-lərin keçirilməsi,
– Limitli iştirakçı sayının olması;
– Ayın 24 günü bu dilin əhatəsində olma imkanı;
– Proqramı neçə % danışıq səviyyəsində bitirdiyinizi göstərən sertifikat verilməsi.
İlk dərs ödənişsizdir, iştirak edib dərsin keyfiyyəti ilə tanış ola bilərsiniz. T2T Speaking Program-ın aylıq ödənişi 50 Azn-dir.

Belə 🙂 ümid edirəm bu dəfə də sizlərə yararlı olacaq məlumatlar verə bildim.İnşallah növbəti postlarda isə Amerika,Türkiyə universitetləri haqqında məlumat verməyə çalışacağam.Sizlərin də öz bildiklərinizi mənimlə və bütün qrup üzvləri ilə paylaşmağınızı rica edirəm.

Hələlik 🙂

Comments

comments