Conversation clublar’da “çörək” axtaranlar

0
1427

 

Son zamanlar cəmiyyətimizin hətda deyərdim gənclərimizin ən çox “enerji sərf etdikləri” mövzulardan biri də “xarici dil”problemidir.Başa düşürəm,hansı qapını döysək ya ingilis dili ya da hansısa xarici dil biliyini tələb edirlər.Hətda mən də o sıraya qoşulanlardanam.Amma bu gün sizlərlə bölüşəcəyim məlumatlar gəncləri xüsusən də xaricdə təhsil almaq üçün gecələri yatmayıb qara-qara düşünüb çıxış yolu axtaran gənclərimiz üçün azacıq ümid işığı ola bilər. Başa düşürəm,tələbəyik,həm az vəsait xərcləyərək,həm də vaxtımızı daha səmərəli keçirərək “dil bazamızı”necə inkişaf etdirə bilərik?sualından yola çıxaraq bu gun gədə biləcəyiniz pulsuz conversation clubları sizinlə bölüşəcəyəm.

Başladıq 🙂

1.MIT academy-Hər həftənin şənbə günləri saat 12:00-da conversation clublar təşkil olunur.Üstünlüyü ondan ibarətdir ki,öncədən “vocabulary”(lüğət) verərək conversation əsnasında hansı sözlərdən istifadə edecəyiniz mövzusunda yardım əlini uzadır 🙂 Əlbətdəki,bununla qalmayaraq conversation mövzuları da çox maraqlı olur.Məsələn,bu həftənin mövzusu “hobbilərimiz,boş zamanımızı necə keçirməyimizlə”bağlı olacaq.

2.A.S Group by Sura Azimzadeh-Bu kursun conversation club-unu səbirsizliklə gözləyirəm desəm yalan olmaz 🙂 ümid etdiyim kimi olmasını gözləyirəm gedənlər isə öz fikirlərini bildirməyi unutmasınlar.Deməli şənbə və bazar günləri saat 16:00 radələrində iştirak edə bilərsiniz.

3.Jannford language center-Nəticələrinin yüksək olmasından bu qənaətə gəlmək olar ki,conversation clublarından da öyrənə biləcəyimiz məlumatlar çox olacaq.Şənbə və bazar günləri saat 15:00-da keçirilir

4.Aminat school-İştirak edəcəyiniz təqdirdə ilk öncə dil səviyyənizə uyğun olaraq hər bazar saat 12:00-da başlanğıc səviyyə yəni,elementary,pre-intermediate
14:00-da isə yuxarı səviyyələrin iştirakı nəzərdə tutulmuşdur.

5.Headway Language & Development-Həftəsonları ilə qane olmayıb həftəiçi də ingilis dilində danışmaq eşqi ilə yaşayanları nəzərə alaraq,

çərşənbə axşamı saat 18:00
cümə axşamı saat 17:00
Şənbə günü saat 14:00 olaraq,həftənin cüt günlərinizi qapılarını sizin üzünüzə taybatay açır,təki siz bülbül kimi cəh-cəh vurmaq istəyin 🙂

Növbəti postlarda az miqdarda ödəniş edərək qatılacağınız söhbət klubları haqqında danışacağam.Yuxarıda göstərilən kurslar haqqında daha ətraflı məlumatı səhifələrinə yazaraq soruşa bilərsiniz.

Good luck 🙂

Comments

comments