İngiliscəmizi niyə inkişaf etdirə bilmirik? Ev şəraitində hansı metodlarla reading/writting/listening/speaking səviyyəmizi necə qaldıra bilərik? Ən çox etdiyimiz yanlış metodlar.

0
1783

Bir çoxumuz karyera qurmaq və onu genişlətmək üçün xarici dil kimi ingilis-dilini öyrənmək qərarına gəlirik. Bir çox kurslara qatılır və ya ev şəraitində sosial şəbəkələr üzərində öyrənməyə çalışırıq. Lakin zaman keçdikcə, aylarımızın və pullarımızın hədərə getdiyinin fərqinə varmış oluruq. Bu vəziyyətdə əsas sual çıxır ortaya. Yaxşı, bəs niyə ingiliscə öyrənə, ingiliscə danışa bilmirik?
Əslində diqqətlə məktəblərdə və kurslarda keçirilən dərs metodikasını nəzərdən keçirsək görəcəyik ki, müəllimlər və moderatorlar üstünlüyü qrammatikaya və lüğətə kökləyirlər. Bəlkə də bunu çoxumuz artıq dərk etmişik. Amma söhbət tam olaraq bundan da getmir. Yəni ingilis-dili və bu kimi digər xarici dilləri öyrənərkən qrammatika və söz bazası əsas şərtdir. Çünki qrammatikasız danışıq savadsızlığın, söz bazasının azlığı isə fikri ifadə edə bilməməyin göstəricisi hesab olunur.

Bir çox saytlarla, xarici moderatorların sosial şəbəkələr, youtube vasitəsilə paylaşdıqları yeni və effektiv metodları öyrənərək bir araya toplayıb sizlərlə də bölüşmək qərarına gəldim. Ümid edirəm, sizə də faydalı olacaqdır.

– İngilis-dilinə hakim olmaq üçün ilk öncə təməl biliklərə sahib olmaq lazımdır.
– İngilis-dilini öyrənərkən reading/writing/listening/speaking inkişaf etməlidir.

✔ Reading niyə inkişaf etmir?

•Aylarla yalnız qrammatika əzbərləndiyi üçün;
•Lüğətdən doğru şəkildə istifadə edilmədiyi üçün;
•Ana-dilinə hakim olmamaq və dünya görüşünün azlığı;
•Səhv metodla davamlı “öyrənmək” və öyrəndiyinə əmin olma.

Doğru metod:
•Müəyyən qrammatik biliklərə sahib olun;
•Sözləri necə öyrənəcəyinizi öyrənin;
•Oxuyarkən uzun mətnlər əvəzinə qısa mətnlərlə başlayın.

Bəzən reading edərkən cümləni tam olaraq anlaya bilmirik. Səbəb:

-Söz qıtlığı;
-Frazeoloji birləşmələr öyrənməmək;
-Qrammatika azlığı

✔Sözlərin düzgün şəkildə öyrənilməsi metodu:

-İngiliscə-İngiliscə lüğətindən istifadə etmək.

Məsələn, Cambridge Dictionary, Longman buna misal ola bilər.(Playstoredan pulsuz yükləyə bilərsiniz)
-Sözün izahını oxumaq;
-Örnək cümlələr qurmaq və yazmaq;
-Sözün isim/sifət/fel/zərf halını öyrənmək, hansı sözönü ilə gəldiyini bilmək;
-Sözün düzgün tələffüzünü öyrənmək üçün lüğətdən tələffüzü dinləyib təkrar etmək

✔ Writing niyə inkişaf etmir?
Əgər yaxşı yazmaq istəyirsinizsə,ilk öncə yaxşı oxumağı bacarmalısınız.

Writing üçün 5 vacib faktor:
-Azərbaycan-dili və ingilis-dilinin fərqini anlamaq;
-Söz ehtiyatını zənginləşdirmək;
-Yetərli qrammatika;
-Mətni oxuduğunuz zaman bilmədiyiniz sözləri götürüb qeyd etməlisiniz. Sözləri analiz etdikdən sonra onu writing üçün tutduğunuz dəftərdə 2sətir yazmalısız. Eyni zamanda, həmin sözün antonim və sinonimini də öyrənib o sözə bütövlükdə hakim olmalısınız.

Qrammatika öyrənərkən buna maksimum 3ay( əgər ingilis-dilinə sıfırdan başlayırsızsa, 6ay) ayırmalısız.

Qrammatikada bunları öyrənməlisiz:
-Felin zamanları;
-Şərt və zaman cümlələri;
-Bağlayıcılar;
-Modallar;
-Mürəkkəb cümlələr;
-Felin məchul növü.

İstifadə olunacaq lüğətlər:
-Cambridge
-Oxford
-Longman

✔ Listening niyə inkişaf etmir?
Əgər listening üzərində səhv metodla işləsəniz nəticə olaraq qazanacağınız uğursuzluq olacaq. Əgər doğru metodla və əzmlə çalışsanız qazanacağınız Uğur olacaq.
1ay ərzində listening səviyyənizi qaldırmaq üçün praktik çalışma misal göstərəcəm.
• Səviyyənizə uyğun bir səsyazmanı (hekayə/mahnı vəs. Ola bilər) 3-5 dəfə mətnə baxmadan anlamağa çalışaraq dinlə;
• Mətni başdan-sonacan oxu, analiz et, sözləri öyrən
•Daha sonra mətnlə bərabər dinlə;
• Hər şeyi tam aydın başa düşənəcən 3-5 dəfə mətnsiz dinlə.
Qeyd: Ay ərzində hər gün 2 səsyazmaya dinləsəz effekt daha çox artacaq.
Səviyyənizə görə səsyazmaları bu saytlar vasitəsilə dinləyə bilərsiniz:
1. Əgər səviyyəniz elementary(A1) dərəcədirsə, LİSTEN A MİNUTE saytından yararlana bilərsiniz;
2. Əgər səviyyəniz intermediate (A2, B1) dərəcədirsə, VOA Learning English saytından faydalana bilərsiniz;
3. Əgər səviyyəniz Upper intermediate/ advanced dərəcəsindədirsə, TED əvəzedilməz vasitədir. Əlavə olaraq, TED’lə bağlı bir faktı da qeyd edim ki, TED’in saytındakı videoları izləyib dinləyərək alt hissəsində mətnlərini izləmə üçün yer vardır.

✔ Speaking’i necə inkişaf etdirmək olar?
Vacib şərtlər:
1. Təməl qrammatika & Oxumaq bbacarığı;
2. Təməl dinləmək & Anlamaq bacarığı

En böyük speaking xətaları:
• İngiliscə səsləri və IPA’ı bilməmək;
• Tələffüzü söz içərisində öyrənməmək;
• Azərbaycan-dilindən tərcümə etmək

Yadda saxla ki, Sözləri deyil,İfadələri öyrənmək lazımdır.

Speaking üçün ən yaxşı praktik üsullar:
📌 Səsli şəkildə oxumaq;
📌Shadowing- Həm dinləyib, həm təkrar etmək;
📌Öz-özünüzə danışıb səsyazmaya almaq
📌 Qarşılıqlı conversation

Unutmayın ki, ingiliscə öyrənərkən hədəf səviyyəyə görə öyrənməniz vacib şərtdir.
Yəni sırf olaraq, məsələn B2 səviyyəyə görə öyrənmək istəyirsinizsə, planınızı və reading/writing etmənizi ona görə etməlisiniz. Eyni zamanda, ingilis-dilini niyə öyrəndiyinizi dəqiq bilməlisiniz. Yəni ümumi danışıq, business english və ya akademik danışıq üçün bu dili öyrənirsinizsə, oxuduğunuz bədii ədəbiyyatlara fikir verməli və çalışdığınız testləri ona görə etməlisiniz.

Uğurlar! =)

Comments

comments