IELTS/GMAT/GRE/TOEFL-a hazırlaşan dostlara tövsiyələr

0
3185


Məlumdur ki, əksər gənclərimiz xaricə çörək tapmağa getmək üçün buradakı öhdəliklərini yerinə yetirməlidirlər. Burada əsas meyarlardan hesab edilən məsələ IELTS/TOEFL/GMAT/GRE üzrə toplayacağınız imtahan ballarıdır ki, bunlar sizin əlinizdəki xəritə rolunu oynayacaq.
Burada çörəkçi dostlarımızın paylaşdığı təcrübələr, tövsiyə və məsləhətlərini sizlərlə paylaşılacaq. Əlavə olaraq, ən çox məsləhət görülən kurslar, müəllimlər və conversation club’larıda buradan tapa bilərsiniz. Uğur olsun 
Ielts’ə hazırlaşan dostlar üçün tövsiyələr:
● ALİYA İSMAYILOVA:

IELTS-də əsas practice etməkdən asılıdı. Ən tez inkişaf edəcək sectionlar listening və speakingdi. Listeningi ingilis seriallarını baxmaqla məsələn Friendsə və Ted videolarına baxmaqla artıra bilərlər. Speakingdən də IELTS-ə hazırlaşan bir tanış tapıb elə hər gün onunla 1 saat practice etsələr çox xeyirini görəcəklər. Olmasa speaking24.com dan da istifadə edə bilərlər. Readingdən Cambrige kitablarının demək olar ki hamısının sualların izahı ordakı paraphraselər və s bu saytda verilib: https://www.readingielts.com Readingi isə sciencedaily.com dan və ya müxtəlif saytlardan elmi məqalələr oxumaqla həm texti daha rahat başa düşərlər həm də daha sürətli oxuyarlar. Readingdən 2 metod var ya birinci sualları oxuyursan sonra onu bir-bir mətndə axtarırsan hansı ki mənə daha çətin gəlir amma vaxtı çatdırıb edə bilən insanlar da var. İkincisi isə 1 paraqrafı sona qədər oxuyub ona aid bütün suallara cavab vermək daha sonra digər paraqrafları o tərzdə etmək. Bir də vaxta nəzarət readingdə Çox vacibdi son 5-10mütləq cavabları köçürməyə və yoxlamağa saxlamaq lazımdı. İmtahanda bəzi uşaqlar çatdırmamışdı əlavə vaxt istəyirdilər amma normal olaraq verilmədi. Writingdən də task1 və task2 nin strukturlarını əzbərləmək lazımdı və hər birini tam normal şəkildə qavrayana qədər nümunə yazmaq lazımdı. Speakingin sualları passthexam.com saytında hazır olur həmişə. Speakingdə idiomları, collocationları çox istifadə etməyə çalışsınlar. Bir də C1, C2 sözlərindən öyrənib onlardan 2-3ünü işlətsələr score qalxacaq. Online sayt olaraq da http://ieltsonlinetests.com dan istifadə edə bilərlər. Istifadə etməli olduqları əsas kitab Cambridge 4-12di. Bundan əlavə IELTS plus, plus2, plus 3, IELTS 404, Test builder 1, test builder 2 kitablarından istifadə edə bilərlər.

● NAZANİ MAMMADOVA
Əvvəla, IELTS beynəlxalq imtahanına hazırlaşmağa başlamadan öncə dil səviyyəmi təyin etmək üçün ümumi ingilis dili imtahanı verdim. Nəticədə, dil səviyyəm upper-intermediate olaraq çıxdı və mən IELTS hazırlıqlarına başladım. Məsləhət görərdim ki, IELTS imtahanı üçün hazırlaşmadan öncə ümumi ingilis dili səviyyənizi ən az “intermediate” dərəcəsinə qaldırasınız, xüsusən də söz səviyyənizi mümkün dərəcədə artırın.Məsələn, mənim əsas problemim ilk başlarda yeni sözlər az öyrənməyim, əvvəlcədən bildiklərimlə kifayətlənməyim idi. Halbuki, IELTS, bir növ desək sizin ingilis dilində söz səviyyənizi test edən bir imtahandır. İmtahan sualları ilə tanış olduğunuz zaman mənim nə demək istədiyimi yəqin ki, anlayacaqsınız. Sonralar isə ingilis dilində daha çox söz öyrənmək üçün müxtəlif əyləncəli, yəni sıxıcı olmayan yollardan istifadə etməyə başladım. Misal olaraq, bu dildə daha çox film izləmək, radioya qulaq asmaq, mahnılar dinləmək və s. Həm dil səviyyəmi akademikləşdirmək həm də gündəlik hadisələrdən xəbərdar olmaq və özümü şəxsi inkişaf etdirmək üçün telefonuma müxtəlif proqramlar yüklədim; BCC news, Tuneln Radio, Business Insider, Flipboard, TED və s. Bu proqramlar sayəsində reading, writing və listening səviyyələrinizi olduqca artırma imkanlarınız var. Şəkli vərəqləyək proqramların görüntüləri ilə tanış ola bilərsiniz. Daha səlis danışıq üçün isə oxuduqlarımı əsasən yüksək səslə oxuyurdum. Məncə, dil zəncirini qırmaq üçün yaxşı üsuldur. Açığı ətrafımda o qədər də ingilscə danışa biləcəyim insan yox idi, buna görə də adətən, çox ani şəkildə bir mövzu seçib güzgü qarşısında oturaraq həmin mövzu ətrafında 1-2 dəqiqə olmaqla danışırdım. Bəzən də danışdıqlarımı səs yazmaya alaraq nə qədər axıcı olduğunu, nə kimi səhvlərə yol verdiyimi yoxlayırdım. Bu yolla həm də hansı sözlərdən daha çox istifadə etdiyinizi kəşf edərək, o sözü əvəz edəcək yeni sinonim sözlər öyrənə bilərsiniz ki, bu da IELTS speaking bölməsindən daha yaxşı nəticə göstərmənizə kömək edəcək. Yeni sözlər öyrənərkən onun İngilis dilindəki tərifinə və cümlələrdə necə işləndiyinə baxıb öyrənməyi öz dilimizə tərcümə edib öyrənməkdən daha üstün tuturam. Çünki, mənə görə bu üsul nə qədər çox zaman alsa da, düşünmədən danışa bilmək və sözləri cümlələrdə daha düzgün şəkildə işlətmək üçün olduqca avantajlıdır. Bunun üçün isə adətən internet üzərindən Cambridge Dictionary-dən istifadə edirəm (şəkli vərəqləyərəq sözü gedən lüğətlə tanış ola bilərsiniz). Fikirləşirəm ki, bu üsullarla siz general ingilis dili səviyyənizi daha da artıra və akademikləşdirə bilərsiniz ki, bu da sizin IELTS imtahanından istədiyiniz yaxşı nəticəni göstərməyinizə kömək edəcək. Əlavə olaraq, İngiltərədə bakalavr təhsili almaq üçün adətən IELTS 6.0 və ya 6.5, magistr təhsili üçün isə ortalama 7.0 tələb olunur.

● ƏSƏD ƏSƏDZADƏ
IELTS imtahanı haqqında ödənişsiz online kursdur. Hər kəs qoşulub yararlana bilər. Çox gözəl izah olunur.
https://www.futurelearn.com/courses/understanding-ielts

● NAZAN GÜL YUSUBOVA
https://www.youtube.com/channel/UCglDIsg_Z9mE2oT9hsrbz

Bu kanal writing part üçün çox yaxşıdır. Xüsusən də Jay

● VALEH N. HƏSƏNOV
Hər tərəf ieltslə bağlı məlumatlarla doludur, bəzi sıradışı şeyləri qeyd etmək istəyərdim. Hansılar ki qarşınıza anidən çıxıb sizə problem yarada bilər. İmtahan mərkəzinizi düzgün seçin əgər Azərbaycandan kənarda imtahan verməyi düşünürsünüzsə. Çünki aylarla listening testlərini qulaqlıqla edib, imtahanda loudspeakerlə qarşılaşanda şok yaşaya bilərsiz. nə edirsiz edin, Türkiyədə imtahana girməyin. çox çox sayıda haqsızlıq nümunələri ilə doludu ətrafım və hərgün ağlasığmaz yeni haqsızlıqlar əlavə olunur.
pre ielts dərslərində durmadan grammar öyrənin, həll olunmaz birşey deyil ama azıcıq zəiflik insanı çox yarıyolda qoya bilər. Xüsusən də writing üçün “püf” noktalarından biridi və speaking’də özünə əminlik yaradan ən böyük səbəblərdəndir. Reading nəticələrimdən özüm də razı deyildim, nə məsləhət versəm yalan olar 😀 intermediate level’dən sonra gündəlik min. 1writing, 2reading, 2listening etsəniz, əgər kursla və ya müəllimlə hazırlaşırsınızsa belə speaking barəsində bunlarla yetinməyib talk clublara, conversationlara qoşulsanız 2ay sonra istənilən nəticəyə nail olmaq olar.
imtahandan öncə isə şansınızı yoxlayıb British Council’a email yazın, speaking imtahanınızı fərqli günə salsınlar. eyni gündə olması çox da effektiv olmur.
təəssüf ki ieltsin o qədər də çətin olmadığını imtahandan sonra hiss etmək olur bütün imtahanlar kimi. Uğurlar)
● SAMİRƏ ƏLİYEVA
İELTS’ə başlamağınıza tam əmin olmadan öncə Blue murphy’ni tam mənimsəmənizi məsləhət görürəm. Speaking test bookdan practice edin. Qrammatik biliklərinizi təkmilləşdirin. Listening üçün hər gün ən azından sevdiyiniz mahnıları dinləyə bilərsiz.
lELTS üçün ilk öncə listening və speakingin inkişaf etdirilməsi zəruridir. Bunun üçün də gün ərzində ən az 1film və ya serial izləyə bilərsiniz. Və özünüz üçün program ayarlayıb həmin film və ya serial üzərində çalışın. Məsələn, bilmədiyiniz sözləri çıxarıb öyrənin və üzərində cümlələr qurub speaking’də tətbig edin. Çalışın filmləri türkcə altyazılı deyil ingiliscə altyazılı izləyin. Bununla həm listeninginizi, həm readinginizi inkişaf etdirirsiz.
Reading üçün hər gün ən az 2 məqalə/ maraqlı bir məlumat/ 20-30dəq bədii kitab oxuyaraq inkişaf etdirin.
Reading üçün faydalı ola biləcək app’lar:
📍 BBC News
Bu application intermediate(və +) səviyyəsində olan dostlar üçün nəzərdə tutulub. Belə ki, academic english səviyyəsində istifadə edilən hər cür sözləri burada tapa bilərsiniz. Eyni zamanda gündəlik xəbərlərdən agah ola bilərsiniz.

📍 Curiosity
Proqramın məğzi elmi məqalələrdir. Sosiologiya, psixologiys, politologiya, dilçilik vəs kimi janrda məqalələr oxuyaraq həm dünyagörüşünüzü artıra, həm də Reading’nizi çox yaxşı inkişaf etdirə bilərsiniz.

📍 Khan Academy
Araşdırdığınız elmi dərslər haqda saysız mühazirə dərsləri izləməklə yanaşı alt hissədə həmin müzakirələri oxuya bilərsiniz. Bununla həm listening, həm də readinginizi inkişaf etdirmiş olacaqsız.

📍 TED
Bu programı yükləməklə dünyanın hər hissəsindən danışılan minlərlə faydalı və motivasyon mövzuları oxuma və izləmə şansınız olacaq.

📍WikiHow
Mizah qavrayışınızı artırmaq, eyni zamanda müxtəlif ölkələrin fərqli anektodlarını oxumaq istəyirsizsə bu programı yükləməyinizi tövsiyə edirəm. Məqalələr uzun olsa da, çoxlu yeni sözlər çıxarmaqla söz bazanızı artırmış olacaqsız.
Writing’i kiçik esse və ya gündəlik yazaraq inkişaf etdirin.

GMAT’a hazırlaşan dostlar üçün tövsiyələr:

● KAMAL ALLAZOV

GMAT üçün gmatclub saytında ingilis dilini bilənlər üçün kifayət qədər material var. Official Guide test kitablarını da internetdə pdf tapmaq mümkündür. Aşağıdakı linkdə Guidence verilir ətraflı. Həmin kanalda yerləşdirilər Verbal hissəsinə aid videolar çox faydalıdır. Hər section üçü Tövsiyə edəcəyim kitablar bunlardır.

Quantitive:
Problem Solving – Manhattan guide kitabları və test üçün OG 2018
Data Sufficiency – PS-dəki kini eynidir.

Verbal:
Sentence correction-hissəsinin atası sayılacaq Manhattan SC kitabı kifayətdir. Test üçün də OG VERBAL 2018

Critical Reasoning üçün – Powerscore CR Bible kitabı möhtəşəmdir. Test üçün yenə də OG VERBAL 2018

Verbal üçün bu adını çəkdiyim 2 kitab tamamilə bəs edəcək.

Reading Comprehension – isə güclü oxuma bacarığı tələb edir. Müəllimlər gündəlik scientific articles oxumağı məsləhət görür. Çoxlu RC sualları işləmək lazımdır. Bunun metodları adama görə dəyişir, ona görə bunu izah edəcək super bir kitab görməmişəm, ancaq RC practice tests edərək təkmilləşdirmək olar. Necə ki, IELTS reading üçün taktikalar şəxsə görə dəyişir bu da belə. GMAT-də isə RC üçün daha çox söz ehtiyatı və cümlədəki lazımsız sözləri çıxıb mənanı tuta bilmə bacarığı önəmlidir.

Gmat club guidence – youtube

Daha çox practice üçün Kaplan Premiere var. Mən hal-hazırda ona başlayacam. Qeyd edim ki, gmatclubda 630, Manhattan prepdə 540 bal yığa bilmişəm.

Başlamazdan əvvəl Gmat Prep (rəsmi mba.com dan yükləyb) proqramında pulsux verilən diagnostik testlərdən birini verin.

Mənim ilk balım 430 idi ama qaldırmaq asandır.

●ELVİN ABDULLAYEV:
Əgər ingilis dili səviyyəniz yaxşıdırsa məsləhət görərdim ki, ilk olaraq Gmat-a hazırlaşıb daha sonra dil imtahani verin. Çünki gmat verbal hazirligi dövründə writing ve reading bacariqlarinizi cox inkisaf etdireceksiz. Xüsusən gmat-in sentence correction hissesinde oyrendiklerimi hec bir ielts materialinda görməmişəm: Ən esas da akademik yazi terzi qaydalari. Ielts ucun ise tövsiyə edərdim ki, kursa getmek fikrindesizse onda hemen kursun telebelerinin speaking ve writing neticelerini daha esas goturun,cunki reading ve listening neticesine daha cox sizin ozunuzun illər ərzində qazandığınız bacarıq köməyinizə çatacag. Aylıq kurs yox. Speaking ve writingi ise 3-4 aylığ yaxşı müəllimlə çox artirmaq olar.

GRE’yə hazırlaşan dostlar üçün Toğrul Ələkbərin məsləhət görəcəyi sayt var.
Bu sayt vasitəsilə eyni zamanda İELTS/TOEFL VƏ GMAT kimi imtahanlara hazırlaşa bilərsiniz. Qeyd edim ki, sayt ödənişlidir.

Magoosh.com

IELTS üzrə məsləhət görülən Müəllim/Kursların siyahısı:
1. Rashad Ramazanli https://www.facebook.com/RashadRamazanly/
2. Matanat Kolchi https://www.facebook.com/ieltskolchim

3.Mahammad Emin https://www.facebook.com/IELTSmahammademin/

4.Roof Academic Training https://www.facebook.com/ROOFATraining/

5.World Language Center https://www.facebook.com/worldlc.eu/

6. KS Ielts https://www.facebook.com/ieltsks

7.Beynəlxalq Təlim və Layihə Mərkəzi https://www.facebook.com/www.btlm.az/

8. Nicat Quliyev https://www.facebook.com/ieltsandgregmat/

9. Rüfət Hüseynzadə https://www.facebook.com/rufat.huseynzade.1

10. Jala Bahramova https://www.facebook.com/jala.bahramova
11. Aynur Abdullayeva https://www.facebook.com/profile.php?id=100011238963853

Conversation’lara qatıla biləcəyiniz məkanlar:
1. WORLD LANGUAGE CENTER;
2. IDEC Təhsil Mərkəzi;
3. T2t SPEAKİNG;
4. IB CLUB;
5. Barattson

Comments

comments