Türkiyədə təqaüd imkanları

0
456

Türkiyə Bursları adlı çox faydalı və bir çoxumuzun bildiyi bir proqramdan bəhs etmək istəyirəm.

Hal-hazırda bu proqram vasitəsi ilə Biznesin İdarə Edilməsi üzrə doktorantura (PhD) təhsili alıram (Ege Universiteti, İzmir, Türkiyə). Magistratura təhsilimi də eyni proqram vasitəsi ilə adı çəkilən universitetdə tamamladım. Bu səbəblə də siz dəyərli oxuyuculara bu proqram haqqında əsaslı və dəqiq məlumatlar verə biləcəyimi düşünürəm.

İlk olaraq bunu deyim ki,Azərbaycan vətəndaşları üçün bütün səviyyələr üzrə (bakalavr, magistratura və doktorantura) təqaüd proqramına müraciət 5 Fevral – 5 Mart 2018 tarixləri arasında olacaq. Nəticələr isə 15 May 2018-də elan ediləcək. Bütün ölkələr və səviyyələr üzrə müraciət və nəticələrin elanı tarixlərinəburadan baxa bilərsiniz. Müraciət şərtləri ilə buraya daxil olaraq geniş məlumat ala bilərsiniz.

Yaxşı, bəs bu Türkiye Bursları proqramı sizin üçün nələr vəd edir? Bu proqramla oxumağın faydaları nələrdir? Ümumiyyətlə, Türkiye Burslarının fərdi şəkildə təhsil almaqdan üstünlükləri nələrdir?

  1. İlk əvvəl qeyd etmək lazımdır ki, bu təqaüd proqramınamüraciət etmək üçün heç bir ödəniş tələb edilmir. Bunun üçün diqqətli olmaq və aldanmamaq lazımdır. Müraciət üçün lazım olan bütün addımlar sizin tərəfinizdən və internet vasitəsi ilə həyata keçirilir.
  2. Qəbul olduğunuz universitetin təhsil haqqından azad olursunuz vəödənişsiz/pulsuz təhsilalırsınız.
  3. Bu proqramla təhsil almaq haqqı qazandığınız zaman Türkiyəyə ilk dəfə gəlişiniz və məzun olduqdan sonra ölkədən son çıxışınız üçün sizə Türkiye Bursları tərəfindəntəyyarə biletləri alınır.
  4. Ən əsas məsələlərdən biri – sizə təhsil müddətiniz boyuncatəqaüdverilir. Bu təqaüdün miqdarı hal-hazırda bakalavr pilləsi üçün 700 TL (Türk Lirəsi), magistratura pilləsi üçün 950 TL və nəhayət doktorantura pilləsi üçün isə 1400 TL olaraq müəyyən edilib. Demək olar ki, hər il təqaüd miqdarında artış olur.
  5. Siz pulsuz/ödənişsizyataqxana və qidalanma ilə də təmin edilirsiniz. İnternet həm yataqxanalarda, həm də universitetlərinizdə mövcuddur.
  6. Türkiye Bursları eyni zamanda sizitibbi sığorta ilə təmin edir.
  7. Əgər türkcə imtahanından keçə bilməsəniz, akademik türkcəniz kifayət etməsə, bir il müddətindətürkcə öyrənəcəksiniz. Bu müddət ərzində Türkiye Burslarının bütün imkanlarından eyni şəkildə yararlanacaq və təqaüd almağa davam edəcəksiniz.

Müəllif: Tehran Abdürrahimov

Comments

comments