Macarıstanda Təhsil

0
280

Xaricdə təhsil seriyasından olan bu yazı, “Macarıstan – Təqaüdlü Təhsil” barəsində olacaq.

Nə üçün Macarıstan təhsilini seçməli?

Düşünürəm bu sualı cavablamaq üçün bir neçə punktu qeyd etməyim kifayət edir.

  • Azərbaycana yaxınlıq, gediş-gəlişin daha asan olması.
  • Təqaüd qazanamaq imkanı
  • Təhsil xərclərinin orta və aşağı olması
  • Ölkədə yaşam xərclərinin aşağı olması
  • Təhsil sisteminin yaxşı olması
  • Erasmus və digər təhsil proqramlarının mövcudluğu

və b.

Ölkədə təhsil necədir?

Ölkədə təhsilin Baltik ölkələrindən daha yüksək olduğunu qeyd etməkdə fayda var. Macarıstan dünyanın ən qədim universitetlərindən bir neçəsinə ev sahibliyini edir. Ölkədə 29 dövlət 37 özəl olmaqla 66 ali məktəb var. Təhsil daha çox dəqiq elmlər üzrə fokuslanıb. Fikirimcə bunu bütün ixtisasların kurs quruluşunda hiss etmək olar, belə ki, bir çox ixtisasda riyazi biliklərin tədbiqi kifayət qədər gözə çarpandır. Əksər universitetlər araşdırma işlərinin çox olmasına xüsusi diqqət yetirir.

Macarıstanda təhsil xərcləri

Universitetlərin təhsil xərcləri seçəcəyiniz təhsil proqramından asıllı olaraq dəyişir. Bakalvr üzrə universitet ödənişləri magistr təhsil səviyyəsi üzrə təhsil xərclərinə nisbətən daha aşağıdır.

Tibb təhsil almaq istəyirsinizsə 1 semmestr üçün 8500 avroya qədər əlinizi cibinizə salmalı olacaqsız. Digər sahələr üzrə ortalama təhsil haqqlarını aşağıda qeyd etmişəm.

Mühəndislik proqramları: 1 semmestr üçün 2,250 – 4,500 Avro
IT (Kompüter Elmləri və Mühəndisliyi)  proqramları: 1 semmestr üçün 3,500 Avro
Bizens İnzibatçılığı: 1 semmestr üçün 2,500 Avro
Beynəlxalq Münasibətlər: 1 semmestr üçün 1,500 – 2,000 Avro


Macarıstan – Yaşam xərcləri

Macarıstan yaşam xərclərinə görə təhsil üçün ən uyğun ölkədələrdən biridir. Aşağıda verilən linkə daxil olaraq siz bir neçə şəhərdə yaşam xərcləri ilə tanış ola bilərsiniz. Əsas xərclərlə də tanış ola bilərsiniz.
http://studyinhungary.hu/living-in-hungary/menu/your-costs-of-living.html?currency=EUR

Yataqxana: 64 – 120 Avro
Aylıq nəqliyyat kartı: 7 – 11 Avro
Qidalanma: 100 – 150 Avro
Aylıq ortalama 200 – 260 Avro(təbii olaraq bu məbləğ necə pul xərcləməyinizdən asıllıdı)

Təqaüd – Stipendium Hungaricum

Macarıstanda da müxtəlif təqaüd proqramına müraciət edə bilərsiniz. Amma aralarında ən tanınanı Macar hökümətinin təqdim etdiyi Stipendium Hungaricum (yazıya klikləyərək proqram barədə daha ətraflı məlumat ala bilərsiniz) adlanan təqaüd proqramıdır. Proqram qarşılayır:

  • Universitet ödənişinizi – Təhsil xərcindən azad olacaqsınız
  • Aylıq təqaüd – Oxuduğunuz müddətdə aylıq 130 avro məbləğində təqaüd alacaqsınız
  • Yataqxana – Qalaxaq yer barəsində qayğılanmanıza gərək qalmır. Proqram sizi təxminən 120 Avro dəyərində yataqxana ilə təmin edir. Əgər kirayədə qalmağı üstün tutacağınız təqdirdə bu məbləğ hər ay hesabınıza əlavə olaraq köçürdülür
  • Tibbi sığorta – İllik 205 Avroya qədər tibbi sığorta xərcinizi qarşılayır
Müəllif: Renad Yuzbay

 

Comments

comments