İsveçdə təhsil sistemi. Təqaüd proqramları.

0
1189

Ölkələr üzrə təhsil proqramları seriyasından olan bu yazı, İsveç təhsili barəsində olacaq.

İsveçdə təhsil deyəndə ilk öncə insanın düşüncəsinə “orada oxusam necə qəşəng olardı” fikri gəlir. Bunun səbəbini azdan – çoxdan hamımız bilirik – yüksək inkişaf etmiş sistem və bundan irəli gələn təhsil. İsveçdə təhsil almaq istəyirsinizsə, maddi cəhətdən çətinliyiniz yoxdursa və göstəriciləriniz qəbul almağa imkan verirsə, düşünmədən müraciət edin. Doğru-düzgün tələbə həyatını yaşayacağınızdan, keyfiyyətli təhsil almaqla saysız hesabsız imkanlardan yararlana biləcəyinizdən əmin ola bilərsiz.

Bu ölkəni seçməmək üçün bizə iki məsələ çətinlik yarada bilər.
1) Universitetlərin kriteriyalarına uyğun olmamaq 2) Maddi çətinliklər

Əgər birinci bənd sizə uyğundursa, onsuzda tələsərək təhsil üçü başqa ölkəyə getməyə dəyməz. Bir neçə il səbr edib, iş təcrübəsi, güclü İngilis dili biliyi və öncəki təhsilinizdə aldığınız bilikləri təkrarlayaraq bazanı möhkəmləndərib, kriteriyaların daha üstünə çıxa bilər, hətta təqaüd də uda bilərsiniz.

Yox, İsveç universitetlərindən qəbul almağa imkanınız yetirsə amma problem kimi qabağınızda “pul” durursa bu zaman edə biləcəyiniz tək iş təqaüd proqramlarına müraciət etməkdir.

İsveç təhsilini seçməyiniz üçün 5 səbəb?

  • Yaradıcı təhsil sistemiSistem sizi müstəqil, yaradıcı, və tənqidi düşünməyə vadar edir. Ölkədə insan azadlığının çox üst səviyyədə olması, sizin daha yaradıcı mühitdə təhsil almağınıza imkan yaradan ən önəmli nüanslardandır. İnnovasiyada və start-up’larda öndə olan ölkələr sırasında öz yerini çox öncələrdən kifayət qədər möhkəmlədib. Ölkəmizdə hələki istifadə edə bilmədiyimiz musiqi platforması olan Spotify İsveç start-up’ıdır.
  • Təhsilin ağırlığı – müsbət mənadaİsveç tələbələrin daha yaxşı təhsil almağı, təhsil sistemini daha yaxşılaşdırmağı üçün saysız sayda cəhdlər edib və edir də. Beynəlxalq reytinqlərdə ölkə universitetlərin reytinqləri yuxarıdır. Ölkə elmə çox yüksək diqqət ayırır bunun nəticəsidir ki, İsveçin nobel laureatı almış çoxlu alimləri var.
  • İsveç cəmiyyətində bərabərlik və müxtəliflik diqqət mərkəzindədirDinindən, inanclarından, irqindən, genderindən asıllıı olmayaraq İsveç cəmiyyətində hər kəs bərabərdir və bu qanunla müdafiə olunur. Heç bir şeydən çəkinmədən, sadkitcə yaşaya bilərsiniz. Bir tələbə üçün diqqətini dərslərindən ayırmayacaq cəmiyyətdən yaxşı heçnə yoxdur.
  • Dünyanın hər yerində iş tapmağa yardım edəcək bacarıqlara yiyələnəcəksinizİsveç sizin karyera inkişafınıza çox diqqət ayırır. Sizin bilik və bacarıq cəhətdən inkişafınız, təhsil sisteminin ən böyük məqsədidir. Təhsil müddətində, müxtəlif qlobal şirkətlərdə təcrübə və işləmək imkanı da sizlərə təqdim olunur. Təhsili başa vurduqdan sonra əgər ölkədə qalıb işləmək istəyirsizsə, bu imkana da yiyələnə bilərsiniz.
  • Beynəlxalq təhsil sistemiSizinlə dünyanın dörd bir yanından olan tələbələr təhsil alacaq. İstəsəniz müxtəlif proqramlar vasitəsilə digər ölkələrdə də təhsil ala bilərsiniz. İsveç ana dili İngiliscə olmayan ölkələr arasından, ən çox İngiliscə danışan ölkədir və hər zaman ilk üçlükdə qərarlaşıb.

İsveç – təhsil və yaşam xərcləri

Universitetlərin təhsil xərcləri müxtəlifdir və təhsil alacağınız universitet və proqramdan asıllıdır. Magistr təhsil səviyyəsi üzrə ortalama olaraq 1il üçün 129,000 “İsveç kron”u (1 Kron = 0.10 Euro) götürə bilərik. Aşağıda müxtləif bölmələr üzrə ortalama illik təhsil haqlarını görə bilərsiniz.

Humanitar və Sosial proqramlar üzrə: illik 80,000 – 110,000 İsveç kronu
Texniki və Təbiət proqrmalar üzrə: illik 120,000 – 145,000 İsveç kronu
Arxitektuar və Dizayn proqramlar üzrə illik: 190,000 – 270,000 İsveç kron

İsveç yüksək inkişaf etmiş ölkə olduğundan yaşam xərcləri də kifayət qədər yüksəkdir. Aşağıda onlardan bəziləri ilə tanış ola bilərsiniz.

Yataqxana – 2500 – 6500 arası İsveç Kronu
Ərzaq – 2000 İsveç kronu
Danışıq və İnternet – 300 İsveç kronu
Ümumilikdə ortalama olaraq ayda 8000 Kron yəni 850 – 1000 dollar arası

Necə müraciət etmək olar?

İlk öncəhttps://www.universityadmissions.se/intl/start saytına daxil olursuz. Axtarış bölməsində istədiyiniz ixtisası yazıb və axtarış kriteriyalarını qurub uyğun proqramları tapırsınız. Ardından seçmək istədiyiniz proqramların tələblərinə baxır və sizə uyğun olanını müəyyən edirsiniz.

*** Qeyd: İki formada tələblər var. 1) Ümumi tələblər 2) Təhsil proqramlarının xüsusi tələbləri
Burada tələblərə diqqət etməyiniz çox vacibdir.

Təqaüd

Bir neçə təqaüd proqramına müraciət edə bilərsiniz. Amma aralarında ən tanınanı İsveç hökümətinin təqdim etdiyi təqaüd proqramıdır.

  • Azərbaycandan olan tələbələr “Visby” təqaüd proramına müraciət etməlidirlər. Nailiyyətləriniz kifayət qədər yüksək olmalıdır ki, təqaüdü udasınız. 7 ölkə – Azərbaycan. Gücüstün, Ermənistan, Rusiya, Ukrayna, Belarus, Maldova və cəmi 60 təqaüd yeri.

Təqaüdə nələr daxildir?:

Aylıq 9000 İsveç kronu yaşam xərci
Sığorta
Səfəriniz üçün qrant 5000 Kron

Universitetlərə müraciət etdikdən sonra təqaüd üçün də müraciət edirsiniz. Bunun müxtəlif yolları var. Ətraflı məlumat üçünhttps://si.se/en/apply/scholarships/visby-programme-masters/daxil olun. 2 fevral – 9 fevral arası müracəiətlər qəbul olunacaq.

İSVEÇDƏ TƏHSİL MƏDƏNİYYƏTİ HAQQINDA

  1. İsveç təhsil sistemi böyük ağırlığı tədqiqata əsaslanan təhsilə verir. Qəbul olduğunuz təqdirdə, Research Methods-la bağlı müəyyən ədəbiyyatlardan primitiv də olsa, biliklərə yiyələnməniz arzuolunandır.

 

  1. İsveçdə müəllimlərə sadəcə adları ilə xitab edilir. Məsələn: professor Rikard Bengtsson yox, sadəcə Rikard.

 

  1. Əksərən, semestrə maksimum 2 fənn düşür – bir fənnin müddəti adətən, 2 ay olur. Həmin fənni başa vurduqdan sonra növbəti fənn üzrə təhsiliniz başlayır. Bir çox hallarda fənlər 15 kreditə sahibdir.

 

  1. Əksərən, semestrlərarası fasilə olmur. Ölkəyə qayıtmaq istəsəniz, yeganə yol Christmasda gəlməkdir. Amma bir çox hallarda seminarlarda iştirak, hətta bəzən imtahan paper-ini qeyd edilmiş gündə tamamlamaq obligatory olmur.

 

Ən çox verilən suallar və cavabları:

  • 1) Bakalavr təhsil ingilis-dilində tədris edilir mi?
  • Bakalavr təhsili əksər ixtisaslar üçün İsveç dilindədir, amma az sayda da olsa ingilisdilli ixtisaslar mövcuddur. Visby proqramının isə Bachelor proqram üçün ayrıca kateqoriyası mövcud deyil, yalnız exchange üçün Visby proqramına müraciət edərək müvəqqəti müddətdə bu dərəcədə təhsildən yararlanmaq imkanı əldə edə bilərsiniz.

 

  • 2) Qeyd etmisiniz ki, 15 yanvar tarixinə qədər universitetlər ve ixtisas müəyyənləşdirilməlidir və 1 fevrala qədər sənədləri yuklemek lazimdir. Mənə maraqlıdır ki,15inə  qədər hər hansi application form doldurub göndərmək lazimdir yoxsa özümüz üçün müəyyənləşdiririk (artiq yanvarin 15idir, ona gore deqiqlesdirmek istedim) ve secdiyimiz her universitet ucun ayrica application fee odemeliyik yoxsa qeyd etdiyiniz mebleg umumidir?

 

  • 15yanvar sadəcə universitet və ixtisas seçimi üçün son tarixdir. İstəsəniz yükləyə bilərsiz, çünki 1 fevrala qədər vaxt var, amma son gün 1 fevraldır) 900 SEK ümumi application fee-dir, 1 proqrama müraciət etsəniz də, 4 proqrama müraciət etsəniz də, məhz bu qədər məbləğdə ödəniş etməli olacaqsınız

 

  • 3) Seçdiyim ixtisasların fərqli olmasının seçimdə  rolu ola bilərmi?
  • Müvafiq universitetlərin müvafiq departmentləri sizin müraciətlərinizə ayrı-ayrı baxır universityadmissions sistemi vasitəsilə. Bu səbəbdən, düşünmürəm ki, hər hansı bir seçiminizin digərinə təsiri olsun.
Müəllif: Renad Yuzbay, Nicat Eldarov

 

Comments

comments