Çində Təhsil

0
159

Salam dostlar,

 Çində TN-xətti ilə təhsil barədə kiçik bir yazı yazmağa qərara aldım. Aşağıdakı punktları diqqətlə oxuyub sonra sual verməniz rica olunur.

 

  1. Çində təhsil almaq qərarını verməzdən əvvəl diqqətlə düşünməniz gərəkdir. İlk öncə Çin mədəniyyəti və milli-mənəvi dəyərləri barədə araşdırma etməniz vacibdir. Bunu həmişə nəzərə almalısınız ki, mədəniyyət və dünya görüşü baxımından Çinlilər Qərblilərdən fərqlənir və bu sizdə müəyyən qədər şok effekti yarada bilər. Əgər Çin/Asiya mədəniyyətinə bağlılığınız varsa, Çində təhsil almaq sizin üçün daha asan gələr.

 

  • Ən çox verilən suallardan biri yemək məsələsinin olduğu hamıya məlumdur. Qeyd etmək istəyirəm ki, Çində kifayət qədər ağız dadınıza uyğun yeməklər tapa bilərsiniz. Misal olaraq bizə mətbəx baxımından yaxın olan uyğur mətbəxinin təamlarından demək olar hər yerdə dadmaq olar. Istənilən halda yemək bişirməyi öyrənmək lazımdır.

 

  1. Təhsil almaq istədiyiniz sahəni, ixtisası yaxşı düşünün. bu sizin gələcək karyenazında mühüm rol oynayacaq. Müəyyən ixtisaslar üçün Çin elə də uğurlu seçim olmaya bilər. Vaxt itkisini nəzərə alın. Çinin regionda artan nüfuzunu nəzərə alaraq məsləhətim o olardi ki, Sinologiya, beynəlxalq ticarət, maliyyə,hüquq, logistika, İT, kənd təsərüffatı, mühəndislik və.s ixtisaslara yönələsiniz.

 

3.Təhsil alacağınız dili diqqətlə seçin. Univeristetdən qəbul aldıqdan sonra təhsil alacağınız dili dəyişmək qeyri mümkündür. Əgər Çin dilində təhsil almaq istəsəniz, bir il ərzində sizə Çin dilindən dərslər keçiriləcək. Ola bilər ki, bir il ərzində siz ixtisasınızı anlayacaq səviyyədə dil bilgilərinə sahib olmayasınız. Bu məsələni nəzərdə saxlamalısınız. Əgər öncədən Çin dilində təhsil almamısınızsa və yaxud Çinlə bağlı ixtisas oxumaq istəmirsinizsə İngilis dilində təhsil almaq daha məqsədə uyğundur.

 

  • Getməzdən əvvəl Çin dilində müəyyən qədər öyrənməyə cəhd edin. İngilis dilində bəzi hallarda yerli əhali ilə əlaqə qurmaq mümkün olmur. Yerli dildə danışmaq sizin işlərinizi asanlıqla həll etməyinzə kömək edə bilər.

 

  1. Dövlət xətti ilə Çində təhsil üçün təqaüd(Chinese Goverment Scholarship) Çin və Azərbaycan hökümətlərinin qarşılıqlı razılaşmasına əsasən Çin dövləti tərəfindən verilir. İnterview TN tərəfindən aparılır. İnterview-nu uğurla keçmiş nazmizədlərə CSC tərəfindən 3 universitet seçmək şansı verilir və naliyyətləriniz əsasında həmin univeristetlərin birindən sizə qəbul gəlir.

 

  • İnterview prosesi o qədər çətin və əzablı deyil. Əgər kifayət qədər nailiyyətləriniz varsa və ixtasısınızdan anlayırsınızsa seçilmək şansınız artır.

 

  1. Ielts tələbi…

TN birmənalı olaraq İelts sertifikatının olmasını tələb etmir amma interview zamanı sizin ingilis dili bilgiləriniz yoxlanılacaq. Seçim və qəbul zamanı ielts-in təqdim olunması sizin üstünlüyünüz kimi qeydə alınacaq. Əgər ingilis dilində təhsil almaq istəyirsinizsə ielts-in təqdim olunması daha yaxşı olardı. Çin dilində təhsil almaq istəyənlər yuxarıda qeyd etdiyim kimi, çin dilində müəyyən qədər anlamaldırlar. Təhsil müddətinin sonunda Çin dilindən ielts tipli imtahan (HSK) verməlisiniz.

 

  • P.S..

Ielts sizin ingilis dili səviyyənizin göstəricisidir. Dil bilginiz oxumağa kifayət etmirsə, ilk öncə dil bilgi səviyyənizi artırmanız vacibdir.

 

☆QEYD:Yazdıqlarım Hong-Kong və Taiwana aid deyil.

 

Aşağıdakı link vasitəsilə bəzi sullarınıza cavab tapacağınıza əminəm.

 

http://www.edu.gov.az/upload/file/Beynelxaql-emekdashliq/2016/cin-elan/faq.pdf

Hamınıza Uğurlar!!

 

Comments

comments