Belçikada Təhsil

0
490
Nəyə görə Belçika? 
Belçikada təhsilinizi davam etdirməyiniz üçün bir neçə səbəb var: 
– Dünyada tanınmış universitetlər, beynəlxalq əlaqələr qurmaq üçün əla imkanlar, çoxmillətli və çoxdilli(multilingual) şəhərlər, yüksək həyat səviyəsi və əlbəttə ki, ləzzətli Belçika vaflları J .
– Belçika beynəlxalq siyasətin mərkəzi hesab olunur. Paytaxt Brüsseldə, Washington DC-ə nəzərən daha çox səfirliklər və beynəlxalq şirkətlərin qərərgahı yerləşir. Ölkə əhalisi çoxmillətlidir. Əhalinin təxminən ¼-i (11 milyon) ölkəyə sonradan gələnlər və onların ailələrindən təşkil olunub (hansı ki, artıq Belçika vətəndaşlarıdırlar).
– Bəlçikada bir çox universitet beynəlxalq səviyaədə tanınır və onəardan 8-i dünyanın 350 ən yaxşı universiteti sırasına aiddir.
Səyahət imkanları: Belçikada ictimai nəqliyyat çox yayılmışdır. Bir yerdən digərinə getmək olduqca asandır. Qatar, avtomobil və təyyarə ilə siz çox rahat və ucuz Avropanın digər ölkələrinə səyahət edə bilərsiniz. Belçikanın ən gözəl yanlarından biri: velosiped yolları. Hər zaman velosipedinizlə təhlükəsiz gedə bilərsiniz.
– Əmək/İş: AB xaricindən gələn bir  vətəndaş olaraq Belçikada yaşamaq icazənizin verildiyi tarixdən 6 ay sonra iş icazəsi üçün müraciət edə bilərsiniz. İcazənizi aldıqdan sonra isə 90 gün tam günlük ya da 180 gün yarı günlük çalışa bilərsiniz. Ayrıca hər universitet öz ətrafında bir iş mərkəzinə sahibdir və tapa biləcəyiniz işlər bir ofisdə sənəd doldurmaq, kitabxanada işləmək kimi çox da yorucu olmayan və xüsusi qabiliyət tələb etməyən işlər olduğundan xarici tələbələr üçün ən asan seçimlərdən biridir.
Ali Təhsil
 Belçikanın inzibati strukturu ümumilikdə Federal hökumətdən, Fransanın İcma Hökumətindən və Flaman İcma Hökumətindən ibarətdir. Federal Hökumət icbari təhsilin yaşını və təhsilə aid diplomların verilməsi şərtlərini müəyyənləşdirir. Federal Təhsil Naziri yoxdur. Təlim işləri Fransız icması və Flaman icması hökumətləri tərəfindən həyata keçirilir.
Fransız cəmiyyətində təhsil üçün məsul olan üç ayrı nazir var. Onlar İbtidai Təhsil Naziri, Orta təhsil və Xüsusi Təhsil Naziri və Ali Təhsil Naziridir. Flaman İcma Hökumətində bir təhsil naziri var.
Belçikanın Valon (fransızca) bölgəsində təlim dili fransız dilidir. Flamanca (Konuşulan) bölgədəki məktəblər üçün təlim dili Flamanca’dır. Brüsseldə həm Fransız, həm də Flamenkoya öyrədilmiş məktəblər var. Tədris metodları və saatları bölgəyə görə dəyişə bilər.
Ali təhsil ölkədə iki kateqoriyada qruplaşdırılıb (iki əsas danışıq dilinə görə). Bunlar Flamanq qrupu və Fransız qrupu. Alman dili də geniş yayılıb ancaq bu dildə təhsil alanlar, əsasən, Almaniyaya üz tutur.
Belçikada ali təhsil müəssisələrinə universitetlər, universitet kollecləri (university colleges (called hautes ecoles in the French community)), incəsənət kollecləri (ancaq fransız qrupuna aid olan təhsil müəssisəsidir), memarlıq institutları (bu da ancaq fransız qrupuna aiddir) və Kral Hərbi Akademiyası aiddir.
Bir çox avropa ölkəsində olduğu kimi, burada da bakalavr təhsili əsasən üç illikdir. Magistr pilləsi isə bir-iki illik proqram əsasında tədris olunur. Bakalavr təhsili iki formada təşkil olunub: tətbiqi (vocational) və nəzəri (academic). Birinci tələbələri birbaşa iş həyatı üçün hazırlayarkən ikinci istiqmət onları nəzəri sahəyə yönləndirir. Bakalvr təhsili kolleclər və universitetlər tərəfindən tədris olunsa da, PhD dərəcəsi yalnız universitetlər tərəfindən tədris olunur.
Belçikanın ən yüksək reytinqli 5 universitetləri aşağıdakılardır:
Bu universitet ölkənin ən yüksək reytinqli universitetidir və 2018-ci il sıralamasında, dünyada 71-ci pillədə yer alıb. Azərbaycanca tərcüməsi Leuven Katolik Universitetidir. Ölkənin ən qədim və ən böyük (təxminən 60000-ə yaxın tələbə təhsil alır) universitetidir. Qeydiyyat üçün son tarix martı  1-idir. https://www.kuleuven.be/english/application/
Universitetin resmi saytında təqaüd proqramları haqqında ətraflı məlumat yerləşdirilib. Buradan baxa bilersinizI https://www.kuleuven.be/english/international/funding/ 
MASTER MIND SCHOLARSHIPS
Növbəti il üçün 40 təqaüd ayrılıb. Bütün ölkələrdən olan tələbələrə və bütün ixtisas növlərinə şamil edilir. Təqüd illik 8000 evro təşkil edir. “Deadline” martın 1-idir. Bu təqaüdün sahibləri illik maksimum € 108,8 təhsil haqqı ödəyəcək. linkdən daxil olub ən xırda detallara qədər məlumatla tanış ola bilersiniz. https://www.kuleuven.be/english/international/funding/mastermind
WILFRIED MARTENS FUND
Bu teqaüd yalnız bir tələbəyə verilir.  € 12 635 təşkil edir. Linkə daxil olaraq ətraflı məlumat ala bilərsiniz: https://soc.kuleuven.be/io/english/wilfriedmartensfund/activities-projects
Reytinq sıralamasında 125-ci yerdədir. 1817-ci ildə yaradılıb. 11 fakültəsi olan universitetdə təxminən 41000 tələbə təhsil alır. Qeydiyyat üçün son tarix 1 marta qədərdir.
Təqaüd proqramları (https://www.ugent.be/en/research/funding/devcoop/topupgrants/topupgrants.htm)
       Ölkəmizdən olan tələbələr üçün alınması mümkün olan yeganə scholarship progarmı  “Ghent University Top-up Grants”-dır, hansı ki, müraciətlər üçün hələ də açılmayıb. Keçen il son müraciət tarixi 1 aprel olub. Linkə daxil olub melumatlarla tanış ola bilərsiniz: https://www.ugent.be/en/research/funding/devcoop/topupgrants/topupgrants.htm 
Belçikanın ən böyük fransızca təhsil verən universitetidir. Louvain-la-Neuve  şəhərində yerləşir. Bu şəhər məhs bu universitetin ətrafında yaradılmış, bir növ “kampus şəhər” də adlandırıla bilər.
Universitetin Brussel, Şarlerua, Mons və Turnai şəhərlərində də “peyk” kampusları da mövcuddur. Reytinq sıralamasında 153-cü yerdədir. Daha çox dinlə bağlı sahələrdə tədris üzrə ixtisaslaşıb. Avropa vətəndaşı olmayanlar üçün son müraciət tarixi 30 apreldir. Təəssüf ki, xarici vətəndaşlar üçün universitetin təqdim etdiyi bir təqaüd proqramı mövcud deyil.
Dünya universitetlərinin reytin sıralamasında 182-ci yerdə qərarlaşıb. 1970-ci ilde Université Libre de Bruxelles –dən ayrılaraq ayrıca universitet olub. Hər ikisinin adının tərcümısi Azad Brüssel Universiteti mənasını verir. Universitet araşdırma işlərinə görə dünyada tanınlr. Universitetə qeydiyyat 1 apreldə başa çatır və qeydiyyat üçün €100 ödəniş tələb olunur.
Təqaüd proqramları (https://www.vub.ac.be/en/scholarships)
Bu təhsil müəssisəsində də alınması mümkün görünən yeganə təqaüd Master Mind proqramıdır (yuxarıda ətraflı məlumat verilib)
Dünya sıralamasında 205-cidir. Beynəlmiləllik səviyəsinə görə Belçikda 1-ci sıradadır. Tələbələrinin  təxminən 1/3 hissəsi xarici ölkə vətəndaşlarıdır. 1834-cü ildə yaradılıb. Araşdırma universiteti olaraq böyük nüfuzu var .  Üç nobel mükafatı və bir neçə digər önəmli mükafatların laureatı  olub. Universitetin resmi sehivesinin esker hissesi fransızca olduğu üçün, təəssüf ki, təqaüd proqramları haqqında ətraflı məlumat toplaya bilmədik.
Təqaüd proqramları
 Ümumiyyətlə, universitetlər xarici tələbələrə öz ölkələrində təhsil almaq və kirayə yardımı kimi müxtəlif maliyə dəstəyi verirlər. Universitetlərin dəstəyi ilə əlaqədar məlumat almaq üçün sosial xidmət qurumları ilə əlaqə saxlamalısınız. Təqaüdlər əsasən yüksək lisenziyalı tələbələr üçündür, lakin bir qism təqaüdlər var ki,onları aşağı lisenziya ilə də tapa bilərsiniz. Şəxsi qurumlar tərəfindən verilmiş təqaüdlər sizin fakültənizə görə müəyənləşdirilir. Maraqlandığınız sahə ilə bağlı məlumat tapmaq üçün aşağıdakı linklərə baxa bilərsiniz:
–  http://www.scholarshipportal.com/scholarships/belgium
http://www.studyinbelgium.be/en/programmes-de-bourse
http://www.btcctb.org/en/scholarships
 
  1. Fotonika üzrə Master proqramı
Belçikanın Vrije Universiteit Brussels universitetində multidistiplinar master proqramıdır.
5 sahəni əhatə edir: mikrofotonika, lazer mühəndisliyi, biofotonika, optik kommunikasiyaç yarıçkeçiricilərin fizikası
Labaratoriyalarda praktika, karyera başlanğıcı və ingilis dili praktikası söz verirlər.
https://sqore.com/opportunity/european-master-of-science-in-photonics-vub
 
  1. Science@Leuven təqaüd proqramı
Deadline: 15 fevral
Grant: 10.000 Euro-ya qədər
Aşağıdakı ixtiaslar üzrə təqaüdü qazanmaq mümkündür:
Master of Astronomy and Astrophysics
Master of Biology
Master of Biophysics, Biochemistry and Biotechnology
Master of Chemistry
Master of Geography
Master of Mathematics
Master of Physics
Master of Statistics
Interuniversity Master of Geology
Erasmus Mundus Master of Theoretical Chemistry and Computational Modelling
Erasmus Mundus Master Sustainable and Territorial Development
 
  1. Doctoral Grant (FWO) for Foreign Students at University of Antwerp in Belgium, 2018
Deadline: 11 Fevral, 2018
Grant: 2324 – 2369 Euro
Sahə: Dini tarix
Yerlərin sayı: açıqlanmayıb
Fərqli ölkələrdən müraciət etmək mümkündür
Dil: Alman
http://scholarship-positions.com/doctoral-grant-fwo-for-foreign-students-university-of-antwerp-belgium/2018/01/12/
https://www.uantwerpen.be/en/jobs/vacancies/ap/2018bapflwef004/
 
4. Full Scholarships at Vlerick Business School in Belgium, 2018
Deadline: 11 Fevral
Sahələr: Universitetdə fəaliyyət göstərən sahələr
Hər ölkənin nümayəndələri müraciət edə bilərlər
Qəbul sayı: limitlidir, lakin qeyd olunmayıb
Dil: İngilis
GMAT və GRE ilə də müraciət etmək mümkündür
Ətraflı:
https://www.vlerick.com/en/programmes/master-programmes/full-scholarship
http://scholarship-positions.com/full-scholarships-vlerick-business-school-belgium/2017/12/21/
5. We makes scholars
Bu saytda isə həddindən artıq çox scholarshipvar, hətta global şirkətlərin təqdim etdiyi scholar-lar. Seçim etmək çox çətin oldu, sadəcə qeydiyyatdan keçib, filtrdə hansı ölkənin vətəndaşı olduğunuzu, hansı degree üzrə təhsil almaq istədiyinizi və ölkəni qeyd edirsiniz, digər axtarış filtrləri də mövcuddur.
https://www.wemakescholars.com/courses/search?country=105
Belgium Alfred Ford School of Management International MBA Scholarship 2018
Deadline: 26 Fevral
Hər ölkədən müraciət etmək mümkündür
Scholar məbləği: 1000 avroya-dək endirim
IELTS minimal overall 6.5
Sahə: MBA
https://www.scholarshipsads.com/belgium-alfred-ford-school-management-international-mba-scholarship-2018/#gs.fEzAk_4
6.Flander Hökümətinin verdiyi təqaüd-(MASTER MIND SCHOLARSHIPS) 
Bütün ölkələr müraciət edə bilər. Qeydiyyat  vaxtı hələ açıqlanmayıb.  Bu təqaüdə birbaşa müraciət eləmək olmur. Gərək Flaman hökümətinə müraciət edəsən. Keçən il 30 apreldə deadline olub.  45 yer ayrılmışdı.
  1. K.U. Leuven Faculty of Science Masters (MS) Degree
Deadline 15 Fevral. Yer məhdudiyyəti yoxdur. Bütün ölkələr müraciət edə bilər.
Fakültələr- Astronomiya, Astrofizika, Biologiya, Biofizika, Biokimya, Biotexnologiya, Kimya, Coğrafiya, Fizika, Riyaziyyat, Statistika, Geologiya,
  1. Erasmus Mundus proqramları
Bir çox ölkədə olduğu kimi Belçikada da bu proqam vasitəsi ilə təhsil almaq olar .
Sahələr: Teorik Kimya və Hesablama Modelləşdirmə., Davamlı ərazi inkişafı.
Təhsil müddəti 2 ildir. Təqaüd 1 il üçün 10 min avrodu. 2 –ci il təqaüdün davam eləməsi tələbələrin nəticəsindən asılıdır.
Ghent Universitetinin verdiyi təqaüd- Həm magistr həm də ikinci magistr təhsili verir. Bu il qəbul tarixi açıqlanmayıb. Azərbaycan daxil bir çox ölkəyə təqaüd verir. Aylıq-650 avrodu. Keçən il 10 yer ayrılmışdı.
Müəlliflər:  TogrulUlviyyaAlmazNijat

Comments

comments